“Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planımız yoxdur”. 


“ARHD.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.


Bazanın ölkədən çıxarılması ilə bağlı Moskvaya müraciət olunub-olunmaması barədə sualı cavablandıran Paşinyan belə bir təşəbbüslərinin olmadığını deyib:


“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olması ilə bağlı heç bir planımız, proqramımız, eləcə də heç bir sualımız yoxdur. Rusiya ilə aramızda sıx tərəfdaşlıq mövcuddur, iqtisadi və siyasi əlaqələr qurulub”.

Baxış sayı: 2 891

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə