ABŞ Tehrana qarşı əməliyyat keçiriləcəyi təqdirdə İranın müttəfiqlərinin öz hədəflərinə cavab zərbələri endirəcəyindən qorxur.


“ARHD.AZ” xəbər verir ki, bu haqda “The New York Times” (NYT) yazır.


 Nəşr qeyd edir ki, “Prezident Tramp İrana qarşı irimiqyaslı zərbələr endirmək əmri verərsə, İran ABŞ-nin Avropa və Yaxın Şərqdəki hədəflərinə cavab terror hücumları həyata keçirmək üçün öz etibarlı adamlarını göndərə bilər”.


Məqalədə qeyd olunur ki, Yəmən husiləri, Livanın “Hizbullah” qruplaşması və hətta “Əl-Qaidə” belə əməliyyatlarda iştirak edə bilər.


Lakin ABŞ kəşfiyyatı bu cür zərbələrin dəqiq planlarından xəbərsizdir. Bununla belə, nəşrə görə, ABŞ İran və müttəfiqləri arasında hücumların planlaşdırılması və koordinasiyasına işarə edə biləcək artan sayda kommunikasiyalara müdaxilə edir.

Baxış sayı: 2 286

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə