“Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsinə başlayıb”.


“ARHD.AZ” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.


“Sual ondadır ki, o nə qədər ərazi ələ keçirə biləcək və onu necə dayandırmaq olar? Ona görə yox ki, Rusiya qalib gəlməməlidir, ona görə ki, Rusiya dünyaya başqa həyat tərzi sırımaq və insanların özləri üçün seçdikləri həyatı dəyişmək istəyir”, - Zelenski əlavə edib. 


Dövlət başçısı hazırda Ukraynanın faktiki olaraq bu müharibənin genişmiqyaslı qlobal münaqişəyə çevrilməsinə imkan vermədiyini bildirib.


“Bu gün Putini dayandırmaq və Ukraynanın işğalına yol verməmək - bütün dünya üçün qələbədir, çünki Putin Ukraynada dayanmayacaq”, - o qeyd edib.


Zelenskinin sözlərinə görə, Putinə yeganə cavab onu geri çəkilməyə məcbur etmək, güclü hərbi və iqtisadi təzyiq olmalıdır.

Baxış sayı: 2 970

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə