BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib

Bakı, 12 fevral,  ARHD.AZ


BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib


2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib. Bu da 2019-cu ildəki göstəricidən cəmi 1 faiz azdır. 2023-cü illə müqayisədə isə artım 10 faizdən çoxdur.

ARHD.AZ  xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir. Qeyd olunur ki, turist sayı regionlar üzrə qeyri-bərabər paylanıb.

2024-cü ildə turist sayına görə lider ölkə Fransa olub. Bura il ərzində 100 milyon nəfər gəlib.

İkinci yerdə olan İspaniya ötən il 94 milyon nəfəri qəbul edib.

Növbəti yerləri də Avropa ölkələri - Yunanıstan, Xorvatiya, İtaliya və Portuqaliya bölüşür.

Baxış sayı: 2 316

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə