İran rəhbərliyi ölkədə baş verən etirazlar çərçivəsində saxlanılan parlamentin keçmiş üzvü İbrahim Əsgərzadəni və İslahatçılar Cəbhəsinin adı açıqlanmayan nümayəndəsini sərbəst buraxıb.


“ARHD.AZ” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyinə onların vəkili Hocat Kermani açıqlayıb. 


Onun sözlərinə görə, onlar girov müqabilində azad olunublar. 


Qeyd edək ki, İbrahim Əsgərzadə 1988-ci ildən 1992-ci ilə qədər İran parlamentinin, 1999-2003-cü illərdə isə Tehranın şəhər şurasının üzvü olub. Beynəlxalq təşkilatların məlumatına görə, 2025-ci il dekabrın sonunda İranda başlayan və yanvarın sonuna qədər davam edən aksiyalarda 40 minə yaxın şəxs saxlanılıb. Onlardan bəzilərinə qarşı iğtişaşların təşkilində və terrorizmdə iştirakla bağlı ittihamlar irəli sürülüb.

Baxış sayı: 3 077

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə