“Rusiya Prezidenti Vladimir Putin Kiyevə zərbələri 1 fevral tarixinədək dayandırmağa razılıq verib”. 


“ARHD.AZ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.


“ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən bir həftəlik, 1 fevral tarixinədək Kiyevə zərbələr endirməməyi şəxsən xahiş edib”, - Peskov deyib. 


Rəsmi Kiyev isə Rusiya tərəfinin Ukraynanın enerji obyektlərinə hücumları dayandırması halında eyni addımı atacaqlarını açıqlayıb.

Baxış sayı: 2 047

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə