İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə edilməsinin qarşısını alan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.


ARHD.AZ -ın xəbərinə görə, “X” sosial şəbəkəsində paylaşım edən Araqçi ABŞ Prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mesajına cavab verib.


O bildirib ki, İran həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər şərtlər üzərində qurulan nüvə razılaşmasını dəstəkləyib.


Nazirin sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma elementlərindən uzaq olmalı, İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və nüvə silahlarının əldə edilməsinə yol verməməlidir.


Araqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə heç vaxt bu cür silahlar əldə etməyə cəhd göstərməyib.


Bununla yanaşı, iranlı nazir ölkəyə qarşı istənilən hücuma dərhal və sərt cavab veriləcəyini də qeyd edib.

Baxış sayı: 2 717

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə