“Avropa İttifaqının Ermənistandakı missiyasına sərhədlərin idarə edilməsi ilə bağlı bəzi funksiyalar verilə bilər”.


“ARHD.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib. 


“Anlayırıq ki, zaman keçib və indi aramızda sülh var, bu missiyanın bizə dəstək göstərməyə necə davam edə biləcəyi barədə düşünməliyik. Bəlkə də sərhəd idarəetməsində bəzi funksiyalar verə bilərik, bəlkə də başqa nələrsə”, - nazir deyib.


Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib.

Baxış sayı: 2 620

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə