Ukrayna Prezidenti Volodimir Zelenski Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.


“ARHD.AZ” “Delfi”yə istinadən xəbər verir ki, siyasətçilərin ilk görüşü Litvanın paytaxtı Vilnüs şəhərində keçirilib.


Məlumata görə, görüş zamanı Zelenski Ukrayna, Tixanovskaya isə Belarus dilində danışıblar. Tixanovskaya belarusca danışarkən bəzən Ukrayna dilindəki sözlərdən istifadə etdiyini etiraf edib.


“Belaruslu siyasətçi və prezidentliyə keçmiş namizəd demokratik Belarusa dəstəyinə görə Zelenskiyə təşəkkür edib”, - nəşr yazıb.


V.Zelenski isə S.Tixanovskayanı Kiyevə səfərə dəvət edib.

Baxış sayı: 3 024

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə