Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb

Roma, 11 fevral, ARHD.AZ


Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb


Avropada təbii qaz qiymətləri son iki ildə ən yüksək həddə çatıb.

ARHD.AZ  xəbər verir ki, Niderlanddakı TTF habında meqavat-saat qazın mart fyuçersinin qiyməti 4 faiz artaraq 58,75 avro təşkil edib. Bu, 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.

Qiymətin artması qitədə havanın temperaturunun düşməsi və yeraltı anbarlardakı qaz həcminin azalması fonunda baş verib. Belək ki, Avropanın qaz anbarlarının doluluq nisbəti 49 faizə qədər azalıb ki, bu da son 5 ilin eyni dövrü ilə müqayisədə orta səviyyədən təxminən 8 faiz azdır.

Baxış sayı: 3 224

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə