Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında telefon danışığı olub. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran öz sosial şəbəkə hesabında məlumat yayıb. 


“Telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Suriyada baş verən son hadisələr müzakirə olunub. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edib. O, Suriya ərazisinin terrordan tam azad edilməsinin həm Suriyanın özü, həm də bütün bölgə üçün zəruri olduğunu bildirib”, - məlumatda deyilir. 


Ərdoğan həmçinin ölkəsinin Suriyaya, xüsusilə terrorla mübarizədə dəstəyini bundan sonra da gücləndirəcəyini vurğulayıb. 


Xatırladaq ki, ötən gün Əhməd əl-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib. O, Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.

Baxış sayı: 3 124

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə