Rumıniya Birinci Dünya müharibəsi zamanı təhlükəsizlik məqsədilə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir.


“ARHD.AZ” xəbər verir ki, 1916-1917-ci illərdə Rumıniya Milli Bankına məxsus qızıl, zərgərlik və mədəni dəyərə malik əşyalar Moskvaya daşınıb.


Müharibədən sonra qızılın geri alınması üçün cəhdlər göstərilsə də, məsələ bugünədək həll olunmayıb.


Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, qızıl ehtiyatlarının yalnız bir hissəsi geri qaytarılıb və bu məsələ ölkə üçün həm maddi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.


Xatırladılıb ki, Avropa parlamenti 4 mart 2024-cü il tarixli qətnaməsində Rusiyanı Rumıniyaya məxsus qızıl və digər qiymətli əşyaları geri qaytarmağa çağırıb.

Baxış sayı: 2 764

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə