Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela lideri Nikolas Maduroya vəzifəsindən imtina edib Türkiyəyə getməyi təklif etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 


ARHD.AZ  “İHA”ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən toplantıdan sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb. 


“Belə bir şey yoxdur. Bizə belə bir xəbər daxil olmayıb”, - o deyib.


Xatırladaq ki, daha əvvəl “The New York Times” nəşri Venesuela ətrafında cərəyan edən böhranı həll etmək üçün ABŞ hakimiyyətinin Nikolas Maduroya vəzifəsini tərk edərək Türkiyəyə getməyi təklif etdiyi barədə xəbər yaymışdı.

Baxış sayı: 2 704

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə