![Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib](https://azertag.az/files/2025/1/1200x630/17392414034934620684_1200x630.jpeg)
Vaşinqton, 11 fevral, ARHD.AZ
Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə polada tətbiq etdiyi tariflər üzərindəki bütün istisnaları ləğv edib.
ARHD.AZ-ın məlumatına görə, bu gün onun imzaladığı sərəncama əsasən bütün polad idxalına azı 25 faiz rüsum tətbiq ediləcək. Tramp, həmçinin 2018-ci ildə alüminium idxalına tətbiq edilən 10 faizlik rüsumu 25 faizə qaldırıb. Hər iki rüsum martın 4-dən etibarən qüvvəyə minəcək.
Donald Tramp deyib ki, xaricdə istehsal olunan məhsullara tətbiq edilən rüsumlar son nəticədə yerli istehsalı gücləndirəcək.
Qeyd edək ki, ABŞ-də polad idxalının dörd ən böyük mənbəyi Kanada, Braziliya, Meksika və Cənubi Koreyadır.