Yanvarın 3-də bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik üzrə rəsmiləri Kiyevə gediblər.
ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov sosial şəbəkə hesabında paylaşım edib. Artıq Kiyevdə "istəklilər koalisiyası"nın iclası başlayıb.
Bildirilib ki, görüşlərdə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkadan, həmçinin NATO, Avropa Şurası və Avropa Komissiyasından təhlükəsizlik üzrə müşavirlər iştirak edirlər.
"Qarşıda gərgin iş günü olacaq: təhlükəsizlik və iqtisadi məsələlər, çərçivə sənədləri üzərində iş və tərəfdaşlarla növbəti addımların koordinasiyası həyata keçiriləcək", - R.Umerov yazıb.
Qeyd edək ki, bu görüşdən sonra - yanvarın 6-da koalisiya liderlərinin görüşü Fransada planlaşdırılıb.






















