Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

Ankara, 10 fevral, ARHD.AZ

Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib


2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan Şırnaka səfəri zamanı söyləyib. O xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.

“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə A.Yerlikaya qeyd edib. O bildirib ki, Milli Müdafiə və Milli Kəşfiyyat Nazirliyi bu işə fəal töhfələrini verirlər.

Nazir Şırnakdakı Qabar dağı ərazisinə də diqqət çəkib: “Bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. Bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.

Baxış sayı: 2 297

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə