Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanmasının Ukrayna variantı 2027-ci il yanvarın 1-də ölkənin Avropa İttifaqına (Aİ) üzv olmasını nəzərdə tutur.


ARHD.AZ  xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.


Nəşrin yazdığına görə, Brüssel Kiyevin cəhdlərini dəstəkləsə də, Ukraynanın belə qısa müddətdə Aİ-yə üzv olması "quruma qəbul qaydalarının dəyişdirilməsi" demək olacaq.


Avropa Komissiyası hələ 2024-cü ildə Ukraynanın Aİ-yə üzvlüyü mövzusunda danışıqlara başlamağı təklif etsə də, Macarıstanın etirazları planları pozub.


Aİ-yə üzvlük üçün ölkə qanunvericiliyi ittifaqın qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Adətən bu proses 10 il çəkir. Məsələn, Türkiyə bu mövzuda danışıqlara 2005-ci ildə başlasa da, hələ müsbət yekun nəticə əldə edə bilməyib.

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə