Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizində hərbi texnika və silah daşıyan iki gəmisinə zərbə endirib. 


ARHD.AZ  UNİAN-a istinadən xəbər verir ki, hücuma məruz qalmış gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir. 


Hərbi məqsədlər üçün istifadə olunan bu gəmilərin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında iştirakına görə ABŞ-nin sanksiyalar siyahısına daxil edildiyi bildirilir. 


Xatırladaq ki, ötən gün Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. Filanovski adına neft hasilat platformasına dronlarla hücum nəticəsində 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib.

Baxış sayı: 3 021

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə