Avropa ölkələri Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi ilə bağlı razılaşmanın elan edilməsinə yaxındırlar.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə hökumət mənbələri "The Times" nəşrinə bildiriblər.


Mənbələrin sözlərinə görə, qərar bu həftə və ya gələn həftə elan edilə bilər.


Nəşrin məlumatına görə, məsələ Londonda Böyük Britaniya kabinetinin rəhbəri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Mənbələr iddia ediblər ki, razılaşma son mərhələdədir.


Sxem dondurulmuş Rusiya vəsaitlərindən istifadə edilməklə Kiyevə 100 milyard funt sterlinq ayrılmasını nəzərdə tutur. Pulların hərbi dəstək və infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.


Böyük Britaniya 8 milyard funt sterlinqə bərabər aktivləri təqdim etmək niyyətindədir.


Avropa Komissiyası dekabrın 18-19-da keçiriləcək sammitdə təxminən 210 milyard avro məbləğində müsadirə üzrə təsdiq almağa ümid edir. Bu vəsaitlərin böyük hissəsi Belçikadakı "Euroclear" platformasında bloklanıb. Brüssel Moskvanın cavab tədbirləri halında kompensasiya zəmanəti tələb edən Belçikanın özünün müqaviməti ilə üzləşir.


Rusiya tərəfi artıq potensial nəticələr barədə xəbərdarlıq edib. Rusiyanın Belçikadakı səfiri Denis Qonçarın sözlərinə görə, istənilən müsadirə sxemi oğurluq hesab ediləcək və dərhal cavab tədbirləri görüləcək.

Baxış sayı: 3 045

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə