İsrail Prezidenti İsxaq Hersoq amerikalı həmkarı Donald Trampın şəxsi müraciətinə baxmayaraq, Baş nazir Benyamin Netanyahunun əfv olunması xahişini rədd edib.
ARHD.AZ bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.
"Prezident Trampın dostluğuna və fikrinə hörmət edirəm, amma İsrail suveren dövlətdir", - deyə Hersoq vurğulayıb.
O, istənilən əfvin ciddi şəkildə mahiyyətinə görə nəzərdən keçirilməli olduğunu deyib və əmin edib ki, məsələyə tam ciddiliklə yanaşır.
Hersoq qeyd edib ki, qərar qəbul edərkən yalnız İsrail xalqının maraqlarını rəhbər tutur və ölkənin məhkəmə sisteminin müstəqilliyinə tam hörmətini vurğulayıb.
Xatırladaq ki, Netanyahuya qarşı korrupsiya istintaqı 2016-cı ilin dekabrında başlayıb, 2019-cu ildə isə ona qarşı bir neçə korrupsiya işi üzrə ittiham irəli sürülüb.





















