ABŞ Prezidenti Donald Tramp bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) püşkatma mərasimində iştirak edəcək.


ARHD.az  xəbər verir ki, bu barədə "Politico" nəşri tədbirin proqramına istinadən məlumat yayıb.


Məlumata görə, tədbirdə ABŞ lideri FIFA Sülh Mükafatını almaq üçün səhnəyə çıxacaq.


Bildirilir ki, iki saat davam edəcək tədbir Trampın sevimli opera müğənnilərindən olan Andrea Boçellinin çıxışı ilə başlayacaq. Daha sonra FIFA prezidenti Canni İnfantino Trampı Sülh Mükafatı laureatı kimi təqdim edəcək. ABŞ-nin dövlət başçısının mükafatı aldıqdan sonra səhnədə çıxış edəcəyi gözlənilir.


Məlumata görə, püşkatma mərasimi ABŞ liderinin sevdiyi "YMCA" hitinin "Village People" qrupunun ifasında səsləndirilməsi ilə yekunlaşacaq.


Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Baxış sayı: 2 779

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə