Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass "dərin dövlət" ilə mübarizə aparmaq üçün onlayn platformalarda öz siyasi şou xarakterli verilişi ilə çıxış edəcək.
ARHD.az bildirir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə məlumat verib.
"2022-ci ildə mən Böyük Britaniyanın baş naziri postundan devrildim. Məni günahım olmayan bazar böhranına səbəb olmaqda təqsirləndirdilər. "Dərin dövlət" və onun media və siyasət aləmindəki müttəfiqləri məni onların illərlə davam edən uğursuz idarəçiliyinə meydan oxuduğum üçün sındırmağa çalışdılar. İndi geri qayıtdım", - deyə o vurğulayıb.
Trass qeyd edib ki, "The Liz Truss Show" adlı veriliş dekabrın 5-dən etibarən hər cümə günü yayımlanacaq.
Qeyd edək ki, Trass 2022-ci ildə 49 gün ərzində baş nazir postunda çalışıb, bu da Britaniya siyasətində antirekorddur.























