Prezident Donald Trampın Ukrayna ilə bağlı sülh planını ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Moskva və Kiyevlə məsləhətləşmədən yazıblar.


ARHD.AZ  xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşri yazıb.


"Planın hazırlanmasının gedişatı ilə tanış olan bir şəxsin sözlərinə görə, müddəaların əksəriyyəti Uitkoff və Kuşner tərəfindən onların Rusiya və Ukrayna nümayəndələri ilə məsləhətləşmələrindən əvvəl yazılıb", - nəşrin məlumatında deyilir.


Bildirilir ki, planın surəti dövlət katibi Marko Rubioya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın noyabrın 18-də Vaşinqtona səfəri zamanı Ağ Evdə təqdim edilib.


Noyabrın 23-də Cenevrədə keçirilən mətbuat konfransında çıxışı zamanı ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Avropa İttifaqı və NATO-nun Ukrayna böhranının nizamlanması prosesində iştirakı hələ müzakirə olunmalıdır. Onun sözlərinə görə, ABŞ tərəfindən təklif olunmuş sülh planı daim təkmilləşdirilir və o, "canlı" sənəddir. Rubio, xüsusilə Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu vurğulayaraq əlavə edib ki, bu mübahisəli məqamlar Avropa ölkələrinin milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə birlikdə nəzərdən keçiriləcək.


Eyni zamanda, Ağ Ev noyabrın 25-də bildirib ki, Birləşmiş Ştatlar Trampın qərarı ilə Ukrayna münaqişəsinin maliyyələşdirilməsini dayandırıb, lakin NATO xətti ilə silah satışını davam etdirir. Qeyd olunub ki, ABŞ prezidenti Ukraynada münaqişənin həlli perspektivinə nikbin yanaşır.

Baxış sayı: 2 383

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə