Bakı, 10 fevral, ARHD.AZ

Ekvadorda prezident seçkiləri ikinci tura qalıb


Səsvermənin ilkin nəticələrinə görə, Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək.

ARHD.AZ xəbər verir ki, bununla bağlı ölkənin Milli Seçki Şurası məlumat yayıb. Bildirilib ki, hazırkı prezident Daniel Noboa bazar günü keçirilən seçkilərdə əsas rəqibi üzərində gözləniləndən daha yaxın üstünlük əldə edib. Noboa seçicilərin 50,12 faizinin, əsas rəqibi Luisa Qonsales isə 42,21 faizinin dəstəyini qazanıb. Ekvadorda prezident seçkilərinin ikinci turu aprelin 13-də keçiriləcək.

Seçki qaydalarına görə, qələbə üçün namizəd mütləq səs çoxluğunu və ya ən azı 40 faiz səs toplamalıdır, lakin bu halda ən yaxın rəqibindən azı 10 faiz çox səs almalıdır. Cənubi Amerika ölkəsində səsvermə məcburidir, lakin yalnız təxminən 85 faiz faktiki olaraq səs verib.

Ekvadorlular, həmçinin milli assambleyanın 151 üzvünü seçiblər. Qonsales partiyası və Noboanın Milli Demokratik Fəaliyyət partiyasının ən çox yerləri qazanacağı proqnozlaşdırılır. Lakin rəsmilərin nəticələri bir neçə gün ərzində məlum olacaq.

Baxış sayı: 3 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə