Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb

Ankara, 9 fevral,  ARHD.AZ

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb


Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 2025-ci ilin yanvar ayında rekord səviyyəyə - 48,6 milyon tona çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.

ARHD.AZ xəbər verir ki, bunu fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib. Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına yüklərin daşınması üzrə lider ölkə Rusiya olub, Türkiyə məhsullarının ixrac həcminə görə isə İtaliya, ABŞ və İspaniya liderlik edib.

Cari ilin ilk ayında Türkiyədə yüklərin dövriyyəsi üzrə lider limanlar Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İskəndərun (6,6 milyon ton) olub.

Nəqliyyat naziri vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq istiqamətində bütün zəruri tədbirləri görməyə davam edəcək.

Baxış sayı: 4 036

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]