İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

Tbilisi, 9 fevral, ARHD.AZ


İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür


“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur”.

ARHD.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir. Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.

Baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar: “Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.

Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib: “Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.

Baxış sayı: 1 204

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]