Maliyyə Nazirliyi: Türkiyədə inflyasiya səviyyəsi birrəqəmli göstəriciyə kimi enəcək

Ankara, 9 fevral,  ARHD.AZ


Maliyyə Nazirliyi: Türkiyədə inflyasiya səviyyəsi birrəqəmli göstəriciyə kimi enəcək


Türkiyə hökuməti 2026-cı ilə kimi inflyasiya səviyyəsini bir rəqəmli göstəriciyə endirməyi planlaşdırır.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

Onun sözlərinə görə, 2025-ci il üçün hədəf inflyasiya səviyyəsini 30 faiz müəyyən etməkdir. Növbəti il isə hakimiyyət qiymət sabitliyini arzu olunan səviyyəyə çatdırmağı planlaşdırır.

Mehmet Şimşək qeyd edib ki, ölkədə inflyasiya tempi aşağı düşməyə davam edir ki, bu da əhalinin rifahına müsbət təsir göstərəcək.

“Yüksək qiymət səviyyəsi müasir Türkiyənin iqtisadi problemlərindən biridir. Mövcud şəraitə mənfi təsir göstərən amillərdən biri də kirayə mənzil bazarındakı vəziyyətdir”, - deyən nazir Türkiyə əhalisinin 82,7 faizinin şəhərlərdə yaşadığını vurğulayıb.

Maliyyə naziri bildirib ki, hökumət yaşayış fondunun artırılması üzrə görüləcək yeni tədbirləri müzakirə edir. Bu tədbirlər kirayə mənzilə olan tələbatı azaldacaq: “Yaxın illərdə sosial mənzil tikintisi üzrə növbəti proqramların həyata keçirilməsi nəzərdə tutulub. Bütün təşəbbüsləri hökumət dəstəkləyir”.

Bundan başqa, nazir bildirib ki, ciddi iqtisadi problemlərdən biri Türkiyənin dövlət büdcəsinin artan kəsiridir: “Kəsirin 10 faiz həcmində olması ilə bağlı göstəricini hökumət tənzimləyə bilmir. Buna görə də dövlət sektorlarının xərclərinin azaldılması üzrə sərt qərarlar qəbul edilib. Nəticədə, büdcə kəsiri 4,8 faizə qədər enib, 2025-ci ilin nəticələrinə görə isə 3 faiz səviyyəsinə qədər düşəcək”.

Baxış sayı: 3 423

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]