Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib

London, 9 fevral,  ARHD.AZ


Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib


Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin “WhatsApp” qrupunda yazdığı şərhlərə görə vəzifəsindən kənarlaşdırılıb.

ARHD.AZ “Daily Mail”ə istinadla xəbər verir ki, o, antisemit xarakterli ifadələr işlədib və hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.

Sözügedən “WhatsApp” qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela Reyner haqqında isə müxtəlif ifadələr işlətdiyi iddia olunur.

Hökumət sözçüsü məsələyə münasibət bildirərək deyib ki, Baş nazir Kir Starmer ictimai vəzifədə yüksək davranış standartlarını qorumaqda qətiyyətlidir. O, Endryu Qvinin partiya üzvlüyündən uzaqlaşdırıldığını da təsdiqləyib: “Biz “WhatsApp” qrupunda yazılan şərhləri partiyanın qaydaları və prosedurlarına uyğun olaraq araşdırırıq”,- deyə o, qeyd edib.

Baxış sayı: 2 033

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]