Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

Bakı, 8 fevral, ARHD.AZ


Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı rüsumlar tətbiq etmək qərarına gələrsə, Avropa Komissiyası bir neçə saat ərzində reaksiya verəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə fevralın 8-də Almaniya kansleri Olaf Şolts bildirib.

“Mən qarşıdurmaya deyil, əməkdaşlığa arxalanıram. Tariflər heç kimə sərfəli olmadığı üçün əlimizi uzadırıq. Əgər ABŞ belə addımlar atsa, Avropa Komissiyası bir neçə saat ərzində cavab verə biləcək”, - “Redaktions Netzwerk Deutschland” (RND) media qrupu onun sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, qloballaşma sənayesi inkişaf etmiş, ixracyönümlü ölkə kimi Almaniya üçün sərfəlidir və bu vəziyyət davam etməlidir. Eyni zamanda,  Almaniya kansleri 450 milyon əhalisi olan Avropa İttifaqının güclü və “fəaliyyətə qadir” olduğuna diqqət çəkib.

Baxış sayı: 3 561

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]