Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

İstanbul, 8 fevral, Günel Karatepe,  ARHD.AZ


Türkiyədə İŞİD terror təşkilatı tərəfdarı olaraq fəaliyyət göstərməsində və təşkilata maliyyə dəstəyi verməsində şübhəli bilinən 47 nəfər saxlanılıb.

ARHD.AZ xəbər verir ki, şübhəlilər İstanbul Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırma nəticəsində, ölkənin dörd vilayətində icra olunan əməliyyat zamanı ələ keçiriliblər.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 33-nün həbsinə, 6-nın isə məhkəmə nəzarəti ilə sərbəst buraxılmasına qərar verilib.

Türkiyədə daha iki terror üzvü Ədirnə vilayətində ələ keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Bildirilib ki, “Gürz-45” kod adı altında keçirilən əməliyyat nəticəsində, PKK/KCK üzvü iki terrorçu ələ keçirilib. Onlardan biri terror cinayətlərində iştirak etməsi ittihamı ilə axtarışda olanların siyahısında yer alıb.

Baxış sayı: 5 105

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə