Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib


Bakı, 7 fevral,  ARHD.AZ


Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib


ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.

 ARHD.AZ  xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiyanın Baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“USAID-ə baxanda bunların hamısı fırıldaqdır. Həmin təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib. Onun büdcəsinin hər bəndi ya korrupsiya, ya da gülünc bir şeydir", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.

Baxış sayı: 4 324

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]