Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

Kiyev, 6 fevral,  ARHD.AZ

Ukraynanın xarici siyasət vektoru məsələsi bu gün ölkədə cəmiyyəti konsolidasiya edən amil olaraq qalır. Əksəriyyət Avro-Atlantik inteqrasiyanı dəstəkləyir.

ARHD.AZ bu barədə “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.

Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmasına dəstək davamlı olaraq yüksəkdir: respondentlərin 69 faizi Aİ-yə, 67 faizi isə Şimali Atlantika alyansına daxil olmağın tərəfdarıdır.

Respondentlərin 16 faizinin fikrincə, Aİ-yə qoşulmaq gələcəkdə ukraynalıları birləşdirə bilər, sorğuda iştirak edənlərin 4 faizi isə bu addımın onları parçalaya biləcəyinə inanır.

Bundan əlavə, respondentlərin 15 faizi əmindir ki, NATO-ya daxil olmaq ölkə vətəndaşlarını birləşdirəcək, 7 faizi isə bunun əksini düşünür.

Eyni zamanda, Xarkov və Donetsk vilayətlərində NATO-ya daxil olmaq məsələsinə (20 faizə qədər) tənqidi münasibət var.

“Reytinq” sosioloji qrupu bütün Ukrayna üzrə bir sıra dövri sosioloji tədqiqatlar aparır. Onlar müharibə zamanı ukraynalıların həyatının müxtəlif aspektlərinə toxunur: ümumi vəziyyət, gələcəyə baxış, regionun dərk edilməsi, birlik və parçalanma amilləri və sairə.

Baxış sayı: 6 404

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]