Tbilisi, 15 yanvar,  ARHD.AZ


 

Ötən il Gürcüstana 7 milyon 368 min 149 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2023-cü illə müqayisədə 4,2 faiz çoxdur.

 Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvirivişvili məlumat verib.

Milli Turizm İdarəsi tərəfindən dərc edilən statistik məlumatları təqdim edən nazir müavini deyib ki, ötən il ölkəni ziyarət edənlərin 5,1 milyondan çoxu turist olub. Bu da 2023-cü illə müqayisədə 9 faiz çoxdur.

Onun sözlərinə görə, ötən il alıcılıq qabiliyyəti ilə seçilən İsrail, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn turistlərin sayı rekord səviyyəyə çatıb.


ARHD.AZ  sosial media saytı’ın  Baş redaktoru :
Orxan İsmayılov

Baxış sayı: 1 375

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə