Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Belqrad, 25 mart, ARHD.AZ


Serbiyanın Novı Sad şəhərində 2024-cü il noyabrın 1-də dəmiryolu vağzalında baş verən qəzada ölənlərin sayı 16-ya yüksəlib.

ARHD.AZ xəbər verir ki, qəzada ağır yaralanan 19 yaşlı tələbə xəstəxanada dünyasını dəyişib. Ağır yaralanan daha bir yaralı hələ də xəstəxanadadır.

Faciəli qəza ölkədə gündəmi dəyişib, tələbələrin kütləvi etirazlarının alovlanmasına səbəb olub. Nəticədə baş nazir və digər nazirlər istefa verib, Serbiya Milli Assambleyası hökumətin istefası təsdiqləyib. Aprelin 18-dək yeni hökumət formalaşdırılmalıdır.

Xatırladaq ki, stansiya binasının tavanının çökməsi nəticəsində 14 nəfər hadisə yerində həlak olub, ağır yaralanan iki nəfər isə bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə