Strasburq, 27 yanvar,  ARHD.AZ


 

Yanvar ayında Fransa prezidenti Emmanuel Makron 2017-ci ildə Yeliseyə gəldikdən sonra ən aşağı populyarlıq reytinqinə çatıb.

 ARHD.AZ xəbər verir ki, artıq Fransa prezidenti insanların rəğbətini qazana bilmir. İFOP sorğu mərkəzinin “Journal du Dimanche” qəzeti üçün apardığı sosial sorğunun nəticələri E.Makron üçün fəlakətlidir. Aylıq İFOP barometrinə görə, seçildikdən 8 il sonra E.Makron ən aşağı populyarlıq reytinqinə çatıb, fransızların yalnız 21 faizi onun fəaliyyətini qənaətbəxş hesab edir.

E.Makron dekabrla müqayisədə 3 bal itirib. Yanvar ayına olan göstəricilərə görə, ümumilikdə fransızların 79 faizi E.Makronun fəaliyyətindən narazıdır. Bununla da Fransa Prezidentinin reytinqi hətta “Sarı jiletlilər” böhranı zamanındakından da aşağı düşüb.

Yeni Baş nazir Fransua Bayrudan da narazılıq yüksək həddədir. Belə ki, fransızların 66 faizi yeni Baş nazirin fəaliyyətini qənaətbəxş hesab etmir.

Baxış sayı: 2 399

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]