Kiyev, 26 yanvar,  ARHD.AZ


 

Belarusun hazırkı lideri Aleksandr Lukaşenko ölkədə keçirilən prezident seçkilərində səs verib.

 ARHD.AZ BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı və seçkilərdə namizəd olan Lukaşenko ənənəvi olaraq Minskdə Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

“Əgər kimə səs verdiyimi soruşmaq istəyirsənsə, sənə səmimi etiraf etməliyəm - hamı üçün!” – deyə o, jurnalistlərin kimə səs verməsi ilə bağlı sualını cavablandırıb.

Lukaşenko onu da bildirib ki, Aİ-də Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı bəyanat Qərbin önündə “sürünməkdir”: “Bu, Vaşinqtondakı böyük qardaşların qarşısında “quyruq bulamaqdır”. Əgər siz həqiqətən də seçkilərə belə prinsipial yanaşırsınızsa, onlara Amerika seçkiləri haqqında nəsə deyin. Qorxuludur”

Bundan başqa, Lukaşenkonun sözlərinə görə, Belarus hakimiyyəti heç kimi ölkədən qovmayıb, gedənlər qayıda bilər, bunun üçün müvafiq mexanizm var: “Bəziləri həbsxana seçdi, bəziləri sürgün seçdi, amma biz heç kimi ölkədən qovmadıq. Üstəlik, biz ölkəni açmışıq və mən artıq beş dəfə demişəm ki, hamıya qayıtmaq şansı veriləcək...”

Onun fikrincə, Trampın gəlişi ilə problemlər Belarusda deyil, Avropada olacaq. Prezident hesab edir ki, Avropada onlar artıq Trampın qələbəsindən sonra vəziyyətdən çıxış yolu tapmaq üçün “ilan kimi qıvrılırlar”.

Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasının saat 10:00-a olan məlumatına görə Belarusda seçici fəallığı 47,56 faiz təşkil edib. 

Baxış sayı: 4 033

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]