Berlin, 25 yanvar,  ARHD.AZ

 

Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı etiraz mitinqləri keçirilib.

ARHD.AZ xəbər verir ki, “Sağa qarşı” devizi altında keçirilən mitinqlərin ən izdihamlısı Almaniya paytaxtında təşkil olunub. Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minədək nümayişçi qatılıb. İştirakçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına (AfD) sərt etirazlarını səsləndiriblər.

Köln şəhərində təşkil olunan demokratiya mitinqində 20 min nəfər iştirak edib. Halle (Saale) şəhərində isə on mindən çox iştirakçı AfD-nin seçki kampaniyası çərçivəsində burada təşkil etdiyi mitinqə etirazını bildirib. Bir neçə gün əvvəl əfqan miqrantın iki nəfəri qətlə yetirdiyi Aşaffenburq şəhərində təşkil olunan mitinqin iştirakçıları isə siyasətdə və cəmiyyətdə sağ təsirlərin güclənməsinə qarşı etiraz bəyanatları səsləndiriblər.

Baxış sayı: 6 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]