Berlin, 25 yanvar,  ARHD.AZ

 

Münxendə Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanıb.

 ARHD.AZ “Bild” qəzetinə istinadla xəbər verir ki, yanğın dərhal söndürülüb və hazırda genişmiqyaslı təhqiqat aparılır, hadisənin səbəbləri araşdırılır.

Polis idarəsinin nümayəndəsi yanğının təxribat nəticəsində baş verə biləcəyini istisna etməyib. O, hadisənin fevralın ortalarında keçiriləcək Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmamasının da ehtimal kimi dəyərləndirildiyini bildirib.

Yanğının son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törətmiş solçu ekstremistlər tərəfindən törədilə biləcəyi də ehtimal edilir. Belə qrupların əsas hədəfləri adətən infrastruktur obyektləri və inşaat texnikaları olub.

Baxış sayı: 6 337

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə