Dmitri Peskov: ATƏT Ukraynada münaqişənin qarşısının alınmasında fəaliyyətsizlik göstərib

Moskva, 11 mart, ARHD.AZ



Dmitri Peskov: ATƏT Ukraynada münaqişənin qarşısının alınmasında fəaliyyətsizlik göstərib


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) tənqid edib. O, bu təşkilatın Ukraynadakı münaqişənin qarşısının alınmasında fəaliyyətsiz olduğunu bildirib.

ARHD.AZ xəbər verir ki, Peskov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun Moskvaya səfəri fonunda jurnalistlərlə söhbətində bildirib: “Təşkilatın belə imkanı olsa da, xüsusi hərbi əməliyyata səbəb olan şəraitin qarşısının alınmasında heç bir rol oynamadı”.

O deyib: “Təşkilatın böyük problemləri var. ATƏT xüsusi hərbi əməliyyat üçün şəraitin formalaşmasının qarşısını almaqda heç bir rol oynamadı, baxmayaraq ki, bunu edə bilərdi”.

Baxış sayı: 5 344

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə