Vans: Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır

Vaşinqton, 5 mart, ARHD.AZ



Vans: Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır


“Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Prezident Donald Tramp hələ də nadir minerallarla bağlı sazişə sadiqdir.

“Biz Ukraynanın suveren və müstəqil ölkə olmasını istəyirik. Biz Ukrayna qoşunlarının çox cəsarətlə döyüşdüyünü düşünürük, lakin biz elə bir nöqtəyə gəlib çatmışıq ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni sonsuza qədər davam etdirə bilməyəcəklər. Ona görə də hamının masa arxasına gəlməsi vacibdir. Prezidentin mesajı isə çox açıqdır: ukraynalılar masa arxasına gəlməli və minerallarla bağlı sövdələşmə üçün Prezident Trampla danışıqlara başlamalıdırlar”, - deyə vitse-prezident əlavə edib.

Baxış sayı: 4 753

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə