Türkiyənin ixracatı iki ayda 42 milyard dollara yaxınlaşıb

Ankara, 4 mart, ARHD.AZ



Türkiyənin ixracatı iki ayda 42 milyard dollara yaxınlaşıb


Bu ilin ilk iki ayında Türkiyənin ixrac həcmi 41,9 milyard dollara çatıb ki, bu da 2024-cü ilin yanvar-fevral göstəricisindən 2,1 faiz çoxdur.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat fevralın 4-də Ankarada keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, məhz fevral ayında Türkiyə 20,8 milyard dollarlıq məhsul ixrac edib ki, bu da “Ankaranın iqtisadi proqramının müsbət nəticəsidir”.

O, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə Türkiyə məhsullarının tədarükünün artmasını xüsusilə qeyd edib. “Bu ilin yanvar-fevral aylarında TDT ölkələrinə tədarük edilən Türkiyə məhsullarının həcmi 9,2 faiz artıb ki, bu da çox sevindirici haldır”, - deyə türkiyəli nazir bildirib.

Ticarət naziri daha sonra azalan inflyasiya və işsizlik göstəricilərinə diqqət çəkib. “Bu ilin yanvar ayında Türkiyədə işsizlik 8,4 faizə düşüb ki, bu da 2013-cü ildən bəri ən yüksək məşğulluq səviyyəsidir. Bununla yanaşı, fevralda ölkədə inflyasiya son 20 ayın minimumu olan 39,05 faizə düşüb”, - deyə nazir qeyd edib.

Ö.Bolat dünya bazarlarındakı vəziyyəti də şərh edərək bildirib ki, ABŞ administrasiyasının Çin, Avropa İttifaqı ölkələri, Kanada və Meksika üçün əlavə rüsum

Baxış sayı: 5 345

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə