Media: G7 ölkələri Çini Rusiyaya dəstəyi dayandırmağa çağıracaq

Bakı, 23 fevral, ARHD.AZ


Media: G7 ölkələri Çini Rusiyaya dəstəyi dayandırmağa çağıracaq


G7 ölkələri Çini Rusiyaya dəstəyi dayandırmağa çağıran bəyanat yaymaq niyyətindədir. Sənədin fevralın 24-də dərc ediləcəyi gözlənilir.

ARHD.AZ xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadla məlumat yayıb.

G7 ölkələri daha əvvəl Pekini Moskvanı dəstəkləməkdə və Rusiyaya hərbi əməliyyatları davam etdirməyə imkan verən ikili təyinatlı malları ötürməkdə ittiham etmişdi. Artıq bir sıra Çin şirkətləri Rusiyaya yarımkeçirici çiplərin tədarükünə görə Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınıb.

Baxış sayı: 6 470

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə