Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Hər peşənin fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu xidmət sahələrinin içində polisin əməyi çətinliyi və məsuliyyəti ilə daha spesifikdir. O, yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General – Mayor Süleyman Neymətov
1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir.
1993-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 28 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 iyun tarixli 3945 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Süleyman Neymətov yeni təyinatadək Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi olub.
O, Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi xidmət göstərib.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General – Mayor Süleyman Neymətov vətəndaşların müraciətlərinə baxılmasına, insan hüquq və azadlıqlarının qorunmasına həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Vətəndaş onun problemlərini vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir. Naxçıvan Muxtar Respublikasında əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General – Mayor Süleyman Neymətov şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılmasına xüsusi diqqət edir.
Süleyman Neymətov’un rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusəndə polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Ayrı-ayrı vaxtlarda polisimizə qarşı aparılan məqsədyönlü çirkin kampaniyalara baxmayaraq, bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Vətənini sevən hər bir kəs bilir ki, Naxçıvan Muxtar Respublikasında hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə qürur duyuruq. Biz Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General – Mayor Süleyman Neymətov'a xüsusi diqqəti üçün təşəkkür edirik.