Gəncə Polisi Fəxrimizdir !
Prezident İlham Əliyev tərəfindən Azərbaycan polisinin xidməti və fəaliyyətinə yüksək dəyər verilir. Azərbaycan polisi Ümummilli lider Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olmalı, dövlətə və xalqa sədaqətlə xidmət etməlidir. Xalqın keşiyində dayanan polis elə xalq deməkdir.
Daxili İşlər Nazirliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırılmışdır.
Hüquq mühafizə sistemi müstəqil dövlətin ən böyük təsisatlarından biridir. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur. Vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə ediləndə azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülüb.
Bu çətin və bir o qədər də şərəfli peşənin sahibləri daim dövlət və dövlətçiliyə sədaqət nümayiş etdiriblər və bundan sonra da xalqın xidmətində olacaqlar.
Ulu öndər Heydər Əliyev daim hüquq-mühafizə sisteminə xüsusi diqqət yetirib. Danılmaz faktdır ki, hüquq-mühafizə sistemində polisin rolu xüsusi əhəmiyyət kəsb edir.
Xalqın əminamanlığının keşiyində dayanan polislərə daim ayıq-sayıq olmağı, öz xidməti vəzifələrini vicdan və məsuliyyətlə yerinə yetirmələrini diləyib.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev
Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə cinayətkarlığa qarşı mübarizə sahəsində, hüquq qaydalarının və qanunun aliliyinin qorunması işində uğurlar arzu edirik. Bugün Gəncə şəhərinin sabitliyinin qorunması və terorizmə qarşı mübarizədə ilk sıralardadır.
Gəncə Şəhər Baş Polis İdarəsi hüquq mühafizə orqanları ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizə və asayişin təmini istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Gəncə polisinin fəaliyyəti sayəsində şəhərdə kriminogen vəziyyət sabitdir və cinayətlərin sayında azalma müşahidə olunur. Bunu göstəricilər də sübüt edir. Belə ki, aparılan qabaqlayıcı tədbirlərin nəticəsində cinayətlərin sayı azalıb. Əsas diqqət ilk növbədə şəhər ərazisində baş verə biləcək cinayətlərin proflaktikasına, qeydə alınan cinayətlərin açılmasına, narkotiklərin dövriyyəsinin qarşısının alınması və qanunsuz silahların yığılmasına, cinayət törədərək məsuliyyətdən qaçan şəxslərin tapılaraq istintaq orqanlarına təhvil verilməsinə yönəldilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev vətəndaş qəbuluna xüsusi diqqət yetirir, onların problemlərini dinləyir və həll edir. Veteran polislər, habelə şəhid olmuş polislərin ailə üzvlərinə qarşı hörmət və nəvazişlə davranır.