Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev


 


İşgüzarlığı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə,dəqiqliyi və təmkinliyi ilə təşkilatclıq bacarığı ilə secilən ömrünün ən məhsuldar dövrünü Azərbaycan Respublikası Dövlət və Dövlətçiliyinə xidmət edən Polkovnik Azər Qarayev

Təhlükəsizlik orqanları Azərbaycan dövlətinin əsas sütunlarından biridir. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin edən mühüm dövlət qurumlarından biri kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirir. Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində DTX-nin rolu böyükdür.


 Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər.


 “Son illər istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də Xarici Kəşfiyyat Xidməti xüsusi peşəkarlığı ilə seçilir. Bu orqanların sıraları daim saflaşır, vətənə, dövlətə, milli-mənəvi dəyərlərə sadiq kollektiv formalaşır, əməkdaşların peşəkarlığı durmadan artır. Bir sözlə, xüsusi xidmət orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər”, Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsi zamanı da xüsusi xidmət orqanlarının əməkdaşları böyük qəhrəmanlıqlar və müstəsna şücaətlər göstəriblər:
“İkinci Qarabağ müharibəsi zamanı təhlükəsizlik orqanlarının əməkdaşları Ali Baş Komandanın etimadını əzmlə doğruldub, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində mühüm rol oynayıb. Həmçinin son illərdə düşmənin terror-təxribat əməllərinin, pozuculuq fəaliyyətinin qarşısının alınmasında qətiyyətli mübarizə aparılıb”.

“Dövlət Təhlükəsizliyi Xidməti Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir və bəzi dövlət qurumlarında baş verən neqativ halların aradan qaldırılması işinə mühüm töhfə verilir”.

   O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin  tələblərinə və vəzifə borcuna əməl  etməkdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Azər məllim ömrünün uzun illərini Azərbaycan Respublikası dövlət və dövlətçiliyinə xidmət etməklə keçirmiş indidə ölkəsini istənilən sahədə dəstəkləməkdədir.
  Yaşının yüksək olmasına baxmayaraq, ürəyi hər zaman dövlətimizin təhlükəsizlik orqanları ilə döyünən Azər Qarayev bu gün də öz mənəvi dəstəyini vətənin keşiyində duran insanlardan əsirgəmir. Azər Qarayev ölkəmizin daxili və xarici təsirlərə qarşı mübarizəsini indi də davam etdirir.
Hərzaman öz bilik və bacarıqlarını, eyni zamanda separatçılıq və dini ekstremizmlə mübarizə sahəsindəki təcrübələrini gənc kadrlarla bölüşür.  İnsan bəzən dövlət mükafatları alır, çoxcildli əsərlər yazır, amma  cəmiyyət onu qəbul etmir. Ancaq Azər Qarayev qısa zaman kəsiyində cəmiyyətin düşüncə zirvəsinə qalxa bilib. əxlaqı, ağlı, tərbiyəsi ən əsası isə Azərbaycan xalqını təmsil etməyə böyük potensialı olan bir zəka elm sahibidir. 

  Ölkəmizin maraqlarının təmin olunmasında Azər Qarayev böyük xidmətləri var. Hər zaman son dərəcə vicdanlı addım atıb, vətənə və dövlətə  də xidməti borcunu vicdanla icra edib və bunu da özünə hər zaman vicdan borcu bilib. Onu tanıyan hər kəsə də vicdanla yanaşıb. Hər kəsə insanlıq və insanpərvərlik naminə kömək etməyə çalışıb. Hər addımında əsl və nümunəvi Dövlət məmuru olaraq hərəkət edib. Bütün addımlarında Dövlətimizin layiqli siması sərgilənib.


 Azər Qarayev baxdıqda Dövlətimizin apardığı siyasət, vətəndaşlara qayğı və diqqəti aydın görünür. Azər Qarayev kimi ləyaqətli məmurlar və layiqli Dövlət xidmətçiləri öz davranış və addımları ilə Dövlətimizin mövqeyini, cənab Prezidentin müdrik siyasətini, Dövlətimizin əməli işlərini açıq aşkar sərgiləyirlər. İş fəaliyyətində hər zaman Dövlətimizi sevərək, Dövlət maraqlarına sədaqətlə xidmət edib. Yalnız Dövlət maraqlarını uca tutmaq, işində yalnız Dövlət siyasətini icra etmək, milli maraqları və cənab Prezident’in siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutmaq Azər Qarayev hər zaman ən birinci amalı olub və gəncliyindən indiyə qədər bu istiqamətdə addımlayıb.   Azər Qarayev bütün xidməti içində ancaq dövlət maraqlarını, cənab Prezidentin hümanizm siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutaraq çalışıb ki, bu da vətənə və xalqa xidmətin ən bariz nümunəsidir. Bu ali xüsusiyyətlər vətənə və xalqa, dövlətçiliyimizə layiqli xidmət deməkdir.

ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 7 571

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]