“Sabah” Azərbaycan Premyer Liqasında liderliyini möhkəmləndirib.


“ARHD.AZ” xəbər verir ki, 17-ci turun son oyun günündə lider “Sabah” autsayder “Karvan-Yevlax”ı qəbul edib.


Masazırdakı “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.


Abşeron təmsilçisinin qolları Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların təsəlli qoluna isə 83-cü dəqiqədə Olavale Doyeni imza atıb.


Qeyd edək ki, bu qələbədən sonra xallarını 40-a çatdıran “bayquşlar” vahid liderliyini davam etdirirlər. Bununla da onlar ötən gün “Kəpəz”ə sürpriz şəkildə (0:2) məğlub olan “Qarabağ”la xal fərqini artıq 4-ə yüksəldiblər. “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.

Baxış sayı: 2 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə