İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.


“Qafqazinfo” xəbər verir ki, məktub Laricaninin adından onun “X” sosial şəbəkəsindəki hesabında dərc edilib.


“Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq. Bu şəhidlik uzun illər İslam Respublikası Ordusunun təməlini silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək”, - məktubda deyilir.


Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri İsrael Katz Əli Laricaninin öldürüldüyünü açıqlamışdı. 

 

Baxış sayı: 2 769

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə