Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neftini Mərkəzi Avropaya daşıyan “Drujba” boru kəmərinin cənub qolundakı təmir işlərinin gedişatı ilə bağlı açıqlama verib.


“ARHD.AZ” xəbər verir ki, Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə ünvanladığı məktubda kəmərin bərpa müddətini açıqlayıb:


“Yeni hücumlar olmayacağı təqdirdə, nasos stansiyası ay yarım (45 gün) ərzində tam bərpa olunacaq”.


Xatırladaq ki, “Drujba” ilə Macarıstan və Slovakiyaya neft nəqli yanvarın 27-də Rusiyanın Ukraynanın qərbindəki (Brodi yaxınlığında) infrastruktura endirdiyi zərbələrdən sonra dayanıb. Sözügedən hadisə Kiyevlə Budapeşt arasında gərginliyi artırıb. Macarıstan tərəfi Ukraynanı qəsdən gecikmədə ittiham edərək Aİ-nin Ukraynaya yardım paketlərinə və Rusiyaya qarşı yeni sanksiyalara veto qoyub.

Baxış sayı: 2 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə